Mourinyo, Qvardiola, Qurbanov və Sxadadze
09.03.2012 - 18:02
“Real” klubunun portuqaliyalı baş məşqçisi Joze Murinyo İspaniya rekordunu rəsmiləşdirir. Apasport.az saytının məlumatına görə, sabah “Sevilya” ilə matçda Madrid təmsilçisini 100-cü oyuna çıxaracaq mütəxəssis İspaniya stadionlarında heç bir həmkarının bacarmadığı nailiyyəti ilə tarixə düşəcək.
Məsələ ondadır ki, ispan futbolu tarixində 1 klubda 100-cü oyuna çıxan məşqçilərin heç biri onun qədər qələbə görməyib. Artıq 99 oyunda 76 qələbə qazanıb, 13 heç-heçə edib, 10 dəfə uduzan Mourinyo yubiley matçına qədər olan saatlar ərzində gözlənilməz hadisə ilə üzləşməsə - məsələn, postunu tərk etməsə - rekordu rəsmiləşdirəcək. Belə ki, 100 oyuna çatanların heç biri bu qədər zəfərə sevinməyib. İndiyədək rekord Xosep Qvardiola və Migel Munyosa məxsus idi. Onlar ilk 100 oyunda 70 qələbə qazanmışdılar.
Hazırda Azərbaycan Premyer Liqası klublarında çalışan 12 baş məşqçidən yalnız ikisi 100 oyun həddini arxada qoyub. “Qarabağ”la 100-cü oyununu ötən mövsüm qeyd edən Qurban Qurbanov Mourinyodan 27 qələbə az - 49 dəfə 3 xal sevinci görmüşdü. Cari mövsüm “İnter”də 100-ə çatan Kaxaber Sxadadze isə həmin “yüzlük”də portuqaliyalıdan 25 qələbə az - 51 dəfə qazanıb.

0
0