Klubsuz oyunçu millimizə qarşı
09.03.2012 - 19:05
Klubsuz oyunçu millimizə qarşı
Futzal üzrə Türkiyə yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, martın 15 və 16-da millimizlə yoldaşlıq oyunu keçirəcək rəqibimiz bu matça 14 futzalçı ilə hazırlaşacaq.

Belə ki, baş məşqçi Ömer Kaner matç öncəsi toplanışa bu sayda oyunçu dəvət edib. Maraqlıdır ki, heyətdə klubsuz oyunçu da var: Aşkın Özeken (“Sincan Bələdiyəspor”), Oğuzhan Arslan, Hüseyin Yıldız (hər ikisi “Şatelino”), Kenan Köşeoğlu (“Fənərbaxça Beringen”), Mahmut Akbaş (klubsuz), Yener Kılıc (“VDL Sibataks”), Özay Özütok (“Bağlarbaşı”), Cem Keskin (“Arnavutköy Belediyesi Gençlik Ve Spor”), Burak İşıkay (“Tuna Spor”), Malik Sercan Gök (“İzmir İl Özel İdaresi Spor”), Ersin Uğur Canoğlu (“Bozkaya Yeşiltepe Spor”), Ergün Öztekin (“Yeni Çamdibi Gençlerbirliği”), Serhat Çiçek, Nedim Burak Yıldırım (hər ikisi “Bodrum Belediyesi Bodrumspor”).

Qeyd edək ki, “Tuzla Kafkale” idman salonunda baş tutacaq oyunlara hazırlıq məqsədilə martın 12-də bir araya gələcək və “Kafkale Kapalı” idman salonunda məqş edəcək.