Millimizin müdafiəşisi əvəzedici komandada
10.03.2012 - 00:09
Millimizin müdafiəşisi əvəzedici komandada
Unibank Premyer Liqasının 23-cü turunda – final mərhələsinin ilk matçında “Qəbələ” doğma meydançada hazırda turnir cədvəlinə rəhbərlik edən “Neftçi”ni qəbul edəcək. Apasport.az saytının xəbərinə görə, qarşılaşmada qələbə hədəfləyən Fatih Kavlakın yetirmələri gündəlik iki məşqlə hazırlıqlarını davam etdirir.

Bu arada “Rəvan”la oyunda çiynindən zədələnən Viktor Mendi zədəsini sağaldaraq məşqlərə qatılıb. Onun “Neftçi” ilə görüşdə meydana çıxması gözlənilir. “Kəpəz”lə qarşılaşmada zədələnən Tərzin Cahangirov isə paytaxt təmsilçisinə qarşı forma geyinə bilməyəcək.

Zədəsini bərpa edən, millimizin müdafiəçisi Vurğun Hüseynov və Rövşən Əmiraslanovun isə bu həftə oyun formalarını bərpa etmək məqsədilə əvəzedicilərin heyətində - “Kəpəz” – “Qəbələ” matçında mübarizə aparması gözlənilir.