Liderlərin səfər sınağı
10.03.2012 - 10:55
Liderlərin səfər sınağı
Sabah Azərbaycan Premyer Liqasında final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, 1-6 və 7-12-ci yerlər uğrunda mübarizə aparacaq “altılıq”ların hərəsində 3 matç baş tutacaq. Bu 6 qarşılaşmadan 1-i paytaxt, 5-i əyalətdə olacaq.

Əsas diqqətlər mükafatlar uğrunda mübarizə aparacaq komandaların oyunlarına yönələcək. İlk “üçlük”də qərarlaşan komandalar “altılığ”ın ilk matçlarını səfərdə keçirəcək. Turun mərkəzi oyunu isə Quzanlıda baş tutacaq. Son 9 matçda qol buraxmayan “Qarabağ” çempionluq mübarizəsindən qopmamağa çalışan “Xəzər Lənkəran”ı qəbul edəcək. Meydan sahibləri 3-cü pillədəki rəqibinə çatmağa çalışacaqsa qonaqlar liderlə fərqin böyüməsinə əngəl olmaq üçün “döyüşəcək”.

Turun Bakıdakı yeganə oyunu paytaxt derbisidir. XXII turda üz-üzə gələn “Bakı” və “İnter” yenidən birincilərin təlim-məşq bazasında münasibətlərini ayırd edəcək. Cari mövsüm rəqibini məğlub edə bilməyən qonaqlar demək olar ki, çempionluq şansı qalmayan rəqibindən fərqli qızıl şanslarını itirməmək üçün qələbəyə köklənəcək. Bu il öz meydanında “Qarabağ” və “Neftçi”dən “nokaut” zərbəsi alıb, yalnız “İnter”ə gücü çatan paytaxtın eyniadlı təmsilçisi isə xal hesabını artırmaq əzmindədir.

Çempionatın lideri isə Qəbələyə səfər edəcək. Əsas rəqiblərinin çətin sınaq qarşısında olmasından istifadə edib xal fərqini artırmağa çalışacaq “Neftçi” ilk mərhələdəki məğlubiyyətin əvəzini çıxmaq haqda düşünür. Meydan sahibləri isə ilk “üçlük” arzuları uğrunda sonadək mübarizə aparmaq üçün yenə çempion məğlub etməlidir. Əks halda liderlərlə xal fərqi daha da böyüyə bilər.

İkinci “altılıq” oyunlarından isə “Simurq” – “Kəpəz” oyunu daha çox maraq kəsb edir. Bu il 2-ci dəfə qarşılaşacaq rəqiblər 7-ci yer iddiasını sübut etməlidirlər. Digər matçlarda isə autsayderlər daha güclü rəqiblərini qonaq edəcək.

11 mart (bazar)

14:00. "Qəbələ" - "Neftçi"
Qəbələ şəhər stadionu
Qəbələdəki oyunların balansı: 7 oyun: +2=1-4 (5-10)
2006/07 – 1:4, 2007/08 – 2:3, 2008/09 – 0:1, 2009/10 – 1:0, 0:0, 2010/11 – 0:2, 2011/12 – 1:0.
I dövrədəki oyun – 0:2, 1:0.

14:00. "Turan" - AZAL
Tovuz şəhər stadionu
Tovuzdakı oyunların balansı: 8 oyun: +2=3-3 (4-6)
2005/06 – 1:0, 2006/07 – 0:1, 2007/08 – 1:3, 2008/09 – 1:0, 2009/10 – 0:0, 0:0, 2010/11 – 1:2, 2011/12 – 0:0.
I dövrədəki oyunlar – 0:0, 2:3.

14:00. "Sumqayıt" - "Rəvan"
"Şəfa" stadionu
Sumqayıtdakı oyunun balansı: 1 oyun: +0-0-1 (0:1)
2011/12 – 0:1.
I dövrədəki oyunlar – 0:0, 0:1.

15:00. "Qarabağ" - "Xəzər Lənkəran"
Quzanlı qəsəbə stadionu
“Qarabağ”ın ev oyunlarının balansı: 10 oyun: +6=1-3 (12-9)
2004/05 – 3:1, 2005/06 – 2:1, 2006/07 – 1:4, 2007/08 – 2:0, 2008/09 – 1:0, 2009/10 – 1:0, 2:1, 2010/11 – 0:1, 0:0, 2011/12 – 0:1.
I dövrədəki oyunlar – 0:1, 0:0.

16:00. "Bakı" - "İnter"
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu
“Bakı”nın ev oyunlarının balansı: 13 oyun: +7=3-3 (17-6).
1999/00 – 3:1, 2000/01 – 1:2, 2003/04 – 4:0, 2004/05 – 2:0, 2005/06 – 1:0, 2006/07 – 2:0, 2007/08 – 0:0, 2008/09 – 0:0, 2009/10 – 2:0, 0:0, 2010/11 – 1:2, 0:1, 2011/12 – 1:0.
İlk dövrədəki oyunlar – 3:0 (+:-), 1:0.

16:00. "Simurq" - "Kəpəz"
Zaqatala şəhər stadionu
Zaqataladakı oyunların balansı: 3 oyun: +2=1-0 (8-5)
2010/11 – 0:0, 4:3, 2011/12 – 4:2
İlk dövrədəki oyunlar – 4:2, 0:2.

komandalar o q h m tx
1Neftçi22161545-1749
2İnter22136321-1045
3Xəzər L22135433-1944
4 Qarabağ22125527-1441
5 Bakı22105727-2235
6 Qəbələ22105827-2335
7 AZAL2285935-3629
8 Rəvan2267923-2925
9 Kəpəz22641226-3822
10 Simurq22541318-3419
11 Sumqayıt22431516-3615
12 Turan22321713-3311


Bombardir: Bahodir Nasimov (Neftçi) - 13