“Komandanızın DÇ-də yaxşı çıxış edəcəyinə ümid edirəm”
10.03.2012 - 12:30
“Azərbaycanda səfərdə olduğumuz müddətdə gördüklərimdən çox məmnunam. Burada hər şey maraqlıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri FİFA-nın qadın futbolunun inkişafı üzrə mütəxəssisi Mayrillan Törner Ker Kruz Blanko deyib.
Bakıda keçirilən “Qızların Futbol Festivalı”nda iştirak edən qonaq mətbuat konfransına qatılaraq Azərbaycan milli komandası haqda fikirlərini açıqlayıb: “Yığmanız 3 ildir yaranıb. İşə sıfırdan başlasanız da çox şeyə nail olmusunuz. Komandanızın DÇ-də yaxşı çıxış edəcəyinə ümid edirəm. Əvvəlki dünya çempionatlarına ev sahibliyi edən Trinidad və Tobaqo ilə Yeni Zelandiya bu yarış sayəsində daha çox tanındı. Azərbaycanın yarışı daha yaxşı təşkil etməklə buna nail olacağına inanıram”.

0
0