Tuyqun Nadirov: Bu qərar qəbulolunmazdır
10.03.2012 - 14:58
“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi
- Martın 9-da keçirilən AFFA-nın növbəti Hesabat-Seçki konfransının nəticələrini necə qiymətləndirirsiniz?
- Konfransda həm müsbət, həm də mənfi məqamlar oldu. Rövnəq Abdullayevun yenidən AFFA prezidenti seçilməsindən razı qaldıq. Rövnəq müəllim Azərbaycan futbolunun inkişafı üçün böyük işlər görür. Biz də “Xəzər Lənkəran” klubu olaraq, ona səs verdik. Klubumuz AFFA prezidentini yüksək səviyyədə dəstəkləyir.
- Prezidentlə yanaşı, İcraiyyə Komitəsinin üzvləri də seçildi...
- Burada seçkilərin keçirilməsi bizi narazı saldı. Söhbət ümumilikdə seçkilərdən deyil, səsvermə prosesindən gedir. Eyni vaxtda 4 nəfərə səs verilməsi düzgün deyildi. Biz bu namizədlərdən 1-2-nə səs vermək istəmirdik. Buna səbəb onların aktiv futbol fəaliyyəti ilə məşğul olmamağıdır. Azərbaycan futbolunda böyük xidmətləri olsa da, bu gün belə fəaliyyətlə məşğul deyillər.
- Onların yerinə konkret namizədləriniz var idi?
- Söhbət namizədlərdən getmir. Biz İcraiyyə Komitəsində işləyən, Azərbaycan futbolunun inkişafı üçün çalışa bilən adamları görmək istəyirik. Burada onların yaşı da rol oynamır. Əsas inkişafa fayda verə bilən olsun.
- “Xəzər Lənkəran” futbol klubu olaraq, öz namizədiniz verə bilərdiniz...
- Biz əsas səsvermənin belə keçirilməsini düzgün saymırıq. Lakin 4 namizədə eyni vaxtda səs vermək məcburiyyətində qaldıq. Düşünürəm ki, bu yolla seçicilərin hüquqları pozulur.
- Səsvermənin necə keçirilməsini daha düzgün sayırsınız?
- Namizədlərə ayrı-ayrılıqda səs verilməli idi. Həm də bu prosedura açıq yox, gizli səsvermə ilə keçirilməli idi.
- Konfrans AFFA-nın bir sıra vacib komitələrinə rəhbərləri də seçdi. Bunu necə qarşıladınız?
- Əslində, komitə rəhbərlərinin Konfransda deyil, İcraiyyə Komitəsində seçilməsi daha düzgün olardı.
- Yeri gəlmişkən İcraiyyə Komitəsi də bir sıra qərarlar verdi ki, onlardan biri də teleyayım hüququnun klublardan alınıb, Peşəkar Futbol Liqasına verilməsi oldu...
- Bu qərar qəbulolunmazdır. Heç kim “Xəzər Lənkəran”ın hüquqlarını əlindən ala bilməz. 2004-cü ildə yarandığı gündən “Xəzər Lənkəran” hüquqlarını heç kimə verməyib. Yayımla bağlı klubların yalnız razılığı alına bilər. Azərbaycanda kommersiya, marketinq sistemi olan yeganə klub “Xəzər Lənkəran”dır. Bilet satışı, atribut satışı və reklamdan müəyyən gəlir əldə olunur. Bu gəlir bütün xərcləri ödəməsə də, maksimum əldə etməyə çalışırıq. Komandamızın oyunları da klubun bir məhsuludur. Biz bunu heç kimə verməyəcəyik. Bunun üçün razılığımızı almaq istəyənlərin şərtləri bizi qane edəcək müqavilə irəli sürməlidir.
- Bu məsələdə hansı addım atmaq niyyətindəsiniz?
- “Xəzər Lənkəran” rəhbərliyinin icazəsi olmadan heç kim stadionumuzda canlı yayım apara bilməz. Bizim razılığımız olmadan, heç kim stadiona buraxılmayacaq. Başqaları ilə müqavilə imzalayan telekanallar bizim razılığımızı almalıdır. Televiziya işçiləri yalnız digər media nümayəndələri kimi oyunlarımıza gələ bilər, canlı yayım üçün isə yox. Canlı yayım üçün isə “Xəzər Lənkəran” rəhbərliyinin razılığı olmalıdır.
- İcraiyyə Komitəsi legioner limitinin də dəyişdirilməsinə qərar verib. Növbəti mövsümdən 8 deyil, 7 legioner meydanda olacaq. Yerli futbolçulardan biri isə 21 yaşadək olan oyunçu olmalıdır...
- Bu qərarı normal qarşılayırıq. Bunun Azərbaycan futbolunun gələcəyinə xidmət etdiyini düşünürük.

0
0