Cüneyt Biçər: Rəqib 9 oyundur qapısından top buraxmasa da...
10.03.2012 - 15:38
“Qarabağ”la oyun “altılığ”ın ilk qarşılaşmasıdır. Rəqib çempionatın ən yaxşı komandalarından biridir. Səfərdə oynamağımıza baxmayaraq, bu qarşılaşmada xal itirməməliyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun baş məşqçisi Cüneyt Biçər deyib.
Cənub təmsilçisi Premyer Liqanın XXIII turu çərçivəsində Quzanlıda “Qarabağ”ın qonağı olacaq. Rəqibin son 9 çempionat oyununda qol buraxmağından məlumatlı olduğunu bildirən Biçərin sözlərinə görə, sabahkı oyunda qələbə qazanıb, liderlə xal fərqini azaltmağa çalışacaqlar: “Rəqibimiz 9 oyundur öz qapısından top buraxmır ki, bu da onların ilk “altılığ”ın ən güclülərindən biri olduğunu göstərir. Lakin bizim son oyunlardakı orta məhsuldarlığımız 2-yə yaxındır. Bu fakt göstərir ki, komandamız hazırda yaxşı hücum keyfiyyətlərinə malikdir. Sonuncu dəfə qol vurmadığımız oyun “Qarabağ”a qarşı olub. Rəqibimizin son matçlar qol buraxmamağı müdafiə və qapı xətti ilə deyil, bütün komandanın topla yaxşı oynaması sayəsindədir. Biz də bunu yaxşı təhlil edib futbolçularımıza müvafiq tapşırıqlar vermişik. Qalib gəlib, liderlə xal fərqini azaltmağa çalışacağıq”.
Qeyd edək ki, Quzanlıda keçiriləcək “Qarabağ” – “Xəzər Lənkəran” matçı sabah baş tutacaq.

0
0