Braziliya yığması Azərbaycana gəlmək üçün darmadağınla başladı
10.03.2012 - 16:41
17 yaşadək qızlardan ibarət milli komandalar arasında futbol üzrə Cənubi Amerika çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, bu il Azərbaycanda keçiriləcək dünya çempionatına seçmə xarakteri daşıyan yarışın ilk günündə 2 qarşılaşma baş tutub.
Boliviyada keçirilən yarışın B qrupunda ilk matçında Kolumbiya Venesuelanı 2:1 hesabı ilə məğlub edib. azərbaycandakı mundiala 3 vəsiqəyə əsas namizədlərdən sayılan Braziliya millisi isə ilk matçında şou göstərib. Braziliyalı qızlar Paraqvay yığmasını 7 qolla darmadağın edib – 7:0.

0
0