Çempionat davam etdirilməyəcək
11.03.2012 - 11:42
Çempionat davam etdirilməyəcək
Misir Futbol Assosiasiyası ölkə çempionatının davam etdirilməməsinə qərar verib. Apasport.az saytının məlumatına görə, ötən ay faciəyə səbəb olan “Əl-Əhli” – “Əl-Məsri” oyununda yaşananlardan sonra çempionatı dayandıran qurum yarışı davam etdirilməsinin mümkünsüz sayıb. Təhlükəsizliyi əsas gətirən assosiasiya 18 komandanın iştirakı ilə xeyriyyə turniri keçirəcək. Buradan gələn qazanc faciəli matçda ölən 74 azarkeşin ailəsinə yardıma yönələcək. Lakin turnirin oyunları boş tribunalar önündə baş tutacaq.