“Simurq”da yeni baş məşqçi: Yuranı Çixradze əvəzlədi
11.03.2012 - 12:40
“Simurq”da yeni baş məşqçi: Yuranı Çixradze əvəzlədi
"Simurq" klubuna yeni baş məşqçi təyin edilib. Apasport.az saytının məlumatına görə, Sergey Yuranın istefasından sonra boş qalmış bu vəzifəyə Georgi Çixradze təyin olunub. Gürcüstanlı mütəxəssis indiyədək Bakının "İnter" klubunda həmyerlisi Kaxaber Sxadadzenin köməkçisi idi, Onunla 1,5 illik müqavilə imzalanıb.