Zeynal Məmmədov: Ona karyerasında uğurlar arzulayırıq
11.03.2012 - 12:59
Zeynal Məmmədov: Ona  karyerasında uğurlar arzulayırıq
"Bakı" klubunun baş meneceri Zeynal Məmmədov baş məşqçi Aleksandr Starkovun vəzifəsindən qovulmasına münasibət bildirib. Apasport.az-ın xəbərinə görə, klub rəsmisi Premyer Liqanın XXIII turu ərəfəsində istefaya göndərilən latviyalıya uğurlar arzulayıb: “Biz “Bakı” futbol klubu olaraq, Aleksandr Starkova klubumuz üçün gördüyü işlərə görə ona minnətdarlığımızı bildiririk və gələcək karyerasında uğurlar arzulayırıq".