“Şabalıdı ilk dəfə Azərbaycanda yedim” - MÜSAHİBƏ
11.03.2012 - 15:42
“Simurq”un sabiq futbolçusu, hazırda Qazaxıstanın “Kaysar” klubunda oynayan Yevgeni Şmakov Ukrayna mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, mövsümün ilk yarısında 18 çempionat və 1 kubok oyununun hamısında iştirak edən yarımmüdafiəçi yarım illik Azərbaycan karyerası haqda danışıb.
- Azərbaycanı tərk etməyinizə nə səbəb oldu?
- Böyük ölçüdə oynamaq, yüksək yerlər üçün mübarizə aparmaq, iddialı olan komandanın qarşısına qoyduğu vəzifələr üçün çalışmaq istəyirəm. “Simurq” da ilk “altılığ”a düşmək şanslarını itirdiyindən, bu komandanı tərk etdim.
- “Simurq” və Azərbaycan futbolu haqda nə deyə bilərsiniz?
- Yaxşı, ürəyəyatımlı komandadır. Burada həmişə legionerlər aparıcı rollarda olublar. Əvvəllər ukraynalılar, indi isə Yanotovski, Rubin, Alunderis, Poşkus... Məşqçilər korpusu yetirmələrinə hücuma meylli kombinasiyalı futbol oynamağı aşılayır. Bu mövsüm ən yaxşı 6 komanda sırasına düşməyimizə azca təcrübə kifayət etmədi.
Azərbaycan futbolu isə ildən ilə həm mübarizə, həm də təşkilatçılıq baxımından inkişaf edir. Klubların heyətində vaxtilə aparıcı Avropa klublarında oynamış çox sayda legioner oynayır. Komandaların hazırlıq keçməsi üçün əla şərait yaradılıb. Məsələn, Zaqatalada həm oyun, həm də məşq üçün ideal meydançalar var. Komandamızda Britaniya üslubunu aşılamağa çalışırlar: dinamiklik, hərəkətlilik. Azarkeşlər haqda da yalnız xoş sözlər deyə bilərəm. Onlar ürəkdən, səmimi azarkeşlik edirlər. Oyun zamanı elə təəssürat yaranır ki, onlar sevimli komandaları üçün hər şeyə hazırdır.
- Baş məşqçiniz Sergey Yuranla necə işləyirdiniz?
- Avropa düşüncəsinə malik, yaxşı insan olan Yuranla əla işləyirdik. Onun Avropa klublarındakı zəngin təcrübəsi özünü göstərirdi. O, təkcə oyun planında deyil, şəxsi həyatda da yetirmələrinə çox kömək edir. Məşq prosesi çox maraqlı, oyuna oxşar tərzdə aparılır. Kombinasiyalı, 1-2 toxunuşla ötürməli, “divar” paslaşmasına üstünlük verilən məşqlər keçirdik. Yuranın vaxtında komanda oyun və peşəkarlıq baxımından çox artırdı. Oyunumuza görə çempionatda heç kimdən geri qalmırdıq. Lakin bəxtsizlik. Düşünürəm ki, Yuran və köməkçiləri Azərbaycan futbolunda ən peşəkarlardır. Futbolun gələcəyi belə məşqçilərin əlindədir. Əgər dəvət etsə, gələcəkdə yenə onunla çalışaram. Sergey Nikolayeviç ünsiyyətcil, mehriban insandır. Həmişə bizə keçmişi, karyerası haqda danışır, məsləhətlər verirdi.
- Azərbaycanda ukraynalı legioner çoxdur?
- Üzdə olan milliləşən Aleksandr Çertoqanovdur. Eşitdiyimə görə, Artyux da ordadır. Bəlkə də başqaları da var, amma mən bilmirəm. Çünki dili bilmədiyim üçün maraqlana bilməmişəm.
- Azərbaycan sizi nə ilə təəccübləndirdi?
- Ciddi heç nəyə təəccüblənmədim. Yerli mətbəx çox xoşuma gəldi. Kabablar çox yaxşı idi. Ömrümdə ilk dəfə şabalıdı Azərbaycanda yedim. Lap əla şey imiş.
- Niyə tez-tez klubunuz dəyişirsiniz?
- Özümü rahat hiss edə biləcəyim komandamı axtarıram.
- Ukraynadan təklif var idi?
- Boş söz-söhbət var idi. Lakin konkret təklif yox.
- Yığma haqda düşünürsünüz?
- Buna cavab vermək çətindir. Əlbəttə oynamaq istəyirəm. Lakin oynadığım klubda məşqçilərin diqqətini cəlb edə bilmərəm. Həyatda mümkünsüz heç nə yoxdur. Bəlkə də nə vaxtsa bu reallaşacaq. Bunun üçün daha reytinqli çempionatda çıxış etməliyəm.

0
0