“Qəbələ” – “Neftçi” matçında qalmaqal: 8 azarkeş xəstəxanaya düşdü - YENİLƏNİB
11.03.2012 - 17:36
“Qəbələ” – “Neftçi” matçında qalmaqal: 8 azarkeş xəstəxanaya düşdü - YENİLƏNİB
Premyer Liqanın final mərhələsində keçirilən “Qəbələ” – “Neftçi” matçı qalmaqalla yekunlaşıb.

Apasport.az saytının xəbərinə görə, “ağ-qaralar”ın 1:4 hesabı ilə uduzduğu oyunda bakılı fanatlar insident yaradıblar.

Komandalarının böyük hesablı məğlubiyyətindən sonra onlarla polislər arasında qalmaqal düşüb. Azarkeşlərin Böyük Əmili kənd stadionundakı tribunalarında bir çox oturacaqları və stadionun qapısını sındırıblar.

Buna baxmayaraq, qonaq azarkeşlər polislərin müşayiəti ilə Bakıya yola salıblar. Onların arasında saxlanılan olmasa da. bəzilərinin xəstəxanaya düşdüyü bildirilir.

“Neftçi” klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu apasport.az saytına bildirib ki, hazırda 7-8 azarkeş Qəbələ şəhər xəstəxanasına yerləşdirilib: “Qalmaqal komandanın azarkeşləri arasında yox, poliuslərlər yaranıb. Onlar oyunun sonlarında bizim fanatları meydandan çıxarmağa başladılar. Sonradan 7-8 azarkeşimiz döyüldü. Onlar hazırda Qəbələ şəhər xəstəxanasındadırlar. Onlara yardım göstərilir. Hər iki klubun rəhbərliyi də yaralı fanatların yanındadırlar”