“Bu 3 xal bizim üçün çox vacib idi”
11.03.2012 - 16:46
“Turan”ın Azərbaycan Premyer Liqasının XXIII turunda qələbə qazanması klubun baş məşqçisi Əsgər Abdullayevi sevindirib. Apasport.az saytının məlumatına görə, vaxtilə çalışdırdığı AZAL üzərində 3:0 hesablı qələbə haqda fikirlərini açıqlayan mütəxəssis sevindiyini gizlətməyib: “Qalib gəldiyimizə görə şadam. 3:0 hesabı ilə qazandıq, bu üç xal bizim üçün çox vacib idi. Gələcək oyunlarda da bu cür oyunumuzu davam etdirməyə çalışacağıq”.
0
0