Danışmağa söz tapmadı...
11.03.2012 - 17:01
AZAL klubunun baş məşqçisi Rafiq Mirzəyev Premyer Liqanın XXIII turunun “Turan”la oyunundan sonra keçirilən mətbuat konfransında yetirmələri haqda deməyə söz tapmayıb. Apasport.az saytının məlumatına görə, 2 avtoqol edib, 0:3 hesabı ilə uduzan komandası haqda danışmaq istəməyən çalışdırıcı yalnız rəqib haqda xoş sözlər deyib.
Mirzəyev Premyer Liqada qalmaq üçün çalışan rəqibə bu işdə uğurlar da diləyib: “Turan” komandasını qələbə münasibətilə təbrik edirəm. Rəqibimiz gözəl oyun nümayiş etdirdi. Gələcək oyunlarda da uğurlar arzu edirəm”.

0
0