“Bizim bir sıra çatışmayan cəhətlərimiz var”
11.03.2012 - 17:11
“Bizim bir sıra çatışmayan cəhətlərimiz var”
“Bizim üçün vacib olan qələbə idi. Onu da qazandıq. Ağır oyun oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan” klubunun baş məşqçisi Bəhmən Həsənov deyib.

Çalışdırıcı Premyer Liqanın XXIII turunun “Sumqayıt”la keçirilən oyunundan sonra baş tutan mətbuat konfransında qarşılaşma haqda fikirlərini açıqlayıb: “Sumqayıt”la oyunumuz həmişə çətin məcrada keçib. Rəqibimizin əksər futbolçuları gənc olsa da, gözəl oyun nümayiş etdirdilər. Hər iki komandanın qol vurmaq üçün imkanları oldu. Amma əsas olan üç xalı qazanmaq idi. Bizim bir sıra çatışmayan cəhətlərimiz var və gələcəkdə bunları aradan qaldırmağa çalışacağıq. “Sumqayıt”a gələcək oyunlarda uğurlar arzulayıram”.

Qeyd edək ki, “Rəvan” səfərdə 1:0 hesabı ilə qalib gəlib.