İsmayılov üçün acınacaqlı vəziyyət
11.03.2012 - 18:32
İsmayılov üçün acınacaqlı vəziyyət
“Oyunun çətin olacağını bilirdik. Bir həftə öncə Gəncədə Simurqa qalib gəlmişdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz” klubunun baş məşqçisi Fuad İsmayılov deyib.

O, Azərbaycan Premyer liqasının XXIII turunun “Simurq”la oyunundan sonra keçirilən mətbuat konfransında matç haqda fikirlərini açıqlayaraq 1:1 hesablı heç-heçəyə şərh verib: “Acınacaqlı vəziyyətdə qapımızda qol gördük. Ceyhun Sultanov oyuna daxil olduqdan sonra hesabı bərabərləşdirə bildik”.