Getman: Qalib gəlmək istəyirdik
11.03.2012 - 18:42
Getman: Qalib gəlmək istəyirdik
“Oyun maraqlı keçdi. Qalib gəlmək istəyirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq” klubunun məşqçisi İqor Getman deyib.
Baş məşqçisiz qalan komandada müvəqqəti bu vəzifəni icra edən çalışdırıcı Premyer Liqanın XXIII turunun “Kəpəz”lə oyunundakı (1:1) xal itkisinə üzülüb: “Hesabı açan tərəf olsaq da, üstünlüyümüzü qoruya bilmədik. Bir neçə qol imkanımız ols ada, istifadə edə bilmədik. Rəqib məşqçi ilə razıyam. Bir xal aktivimizə yazdıq”.