Sxadadze narazı qaldı: Komandam imkanlarından aşağı səviyyədə çıxış etdi
11.03.2012 - 19:08
"Komandam "Bakı" ilə çətin oyuna çıxmışdı. Buna görə də komandada gərginlik var idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssis Premyer Liqanın XXIII turunun “Bakı” ilə oyunundan sonra keçirilən mətbuat konfransında 1:0 hesablı qələbə haqda danışıb: “Komandam imkanlarından aşağı səviyyədə çıxış etdi. Buna baxmayaraq, oyunçularım əzmkarlıq göstərərək qələbə hesabını qoruya bildi. Asif Məmmədovun qırmızı vərəqə almasına gəldikdə isə deməzdim ki, o, bunu qəsdən etdi. Məncə, buna oyundakı gərginlik səbəb oldu".

0
0