“Turan” 1 oyunda 2 seriyanı qırdı
12.03.2012 - 00:01
“Turan” 1 oyunda 2 seriyanı qırdı
“Turan” qələbəsiz oyunlar və məğlubiyyət seriyalarına son qoyub. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XXIII turunda AZAL-ı 3:0 hesabı ilə məğlub edən Tovuz təmsilçisinin 140 günlük həsrəti bitib.

Sonuncu dəfə 20 həftə əvvəl, X turun oktyabrın 23-də baş tutan matçında “Sumqayıt”ı üstələyən “Turan” 12 oyun idi qalib gələ bilmirdi.

107 gün əvvəl noyabrın 25-də “Kəpəz”lə heç-heçə edən (1:1) tovuzlular sonrakı 8 matçda istisnasız məğlub oldu. Bu dəfəki qələbə ilə həm də bu məğlubiyyət seriyası qırıldı.

Qeyd edək ki, 8 oyunluq məğlubiyyət seriyası “Turan”ın 2003/04 mövsümündəki antirekordunun təkrarıdır. Klub tarixinin ən uzun qələbəsizlik seriyası isə 2008-09-cu illəri əhatə edir - 19 oyun.