Əmili biabırçılığı daha betərdi...
12.03.2012 - 00:02
“Neftçi” Azərbaycan çempionatları tarixində 4-cü dəfə böyük hesabla uduzdu. Apasport.az saytının məlumatına görə, son çempion və hazırkı lider 1992-ci ildən keçirilən yarışların tarixi ərzində növbəti biabırçılıqla üzləşdi.
“Qəbələ” ilə səfərdəki qarşılaşmada çempiona yaraşmayan rüsvayçı oyun göstərən “ağ-qaralar” ilk “altılığ”ın 6-cı komandası qarşısında “ağ bayraq” qaldırdılar – 1:4. Çempionlar Liqasının təsnifat mərhələsində güclü Zaqreb “Dinamo”suna 0:3 hesablı məğlubiyyətdən yararlanıb, baş məşqçi postuna gələrək “ağ-qaralar”ı ağ günə çıxarmalı Böyükağa Hacıyevin komandası qara gün yaşadı.
Əgər komandanı çempion edən Əsədov Xorvatiyadakı biabırçılığın güdazına getmişdisə, indi növbə Hacıyevindir. Özü də hamı bilir ki, “Qəbələ” “Dinamo”, Böyük Əmili kənd stadionu isə “Maksimir” deyil. Deməli, bu biabırçılıq o biabırçılıqdan deyil, ondan daha betərdir. Axı Hacıyev sələfindən fərqli, komandaya heç nə qazandırmayıb.
“Qazandırdıqları” isə Qəbələ darmadağını, Azərbaycana oynamağa gəlmiş ən məşhur futbolçu Emil Mpenza, həmçinin klub tarixinin ən yaxşı qapıçılarından olan Saşa Stamenkoviçlə şəxsi münasibətlər üzündən onlara güvənməməyidir. Saşa kimi qapıçını ehtiyatda saxlayıb, onun əvəzləyicisinə bel bağlamağın nəticəsi isə gec-tez olacaqdı. Oldu da. Bir oyunda vurulan 4 qolla 4-cü darmadağın Hacıyevin hesabına yazıldı.
“Neftçi”də gözümçıxdıya salınıb ehtiyatda “çürüdülən”, bu üzdən milli komandadakı yerini də itirən Elmar Baxşıyevin son dəqiqələrdə - matçın taleyi həll olunandan sonra meydana buraxılması da bir jest idi. Bu, təcrübəli yarımmüdafiəçiyə etinasız yanaşan Hacıyev üzərində qələbə sevinci bəxş etmək məqsədi daşıyırdı. Elmar da meydanda qələbəni bayram edirdi, Hacıyev kənarda üzgün baxırdı.
Bakılılar çempionatda sonuncu dəfə 2011-ci il mayın 13-də belə ağır yenilgi almışdı. Amma həmin vaxt çempionluğu təmin edən “Neftçi” Quzanlı Olimpiya Kompleksinin stadionunda “Qarabağ”a qarşı az qala 2-ci heyətlə oynamışdı. Nəticədə 0:3 hesabı ilə rüsvay olmuşdu.
Bundan başqa, 2 darmadağına üzülən “ağ-qaralar” ilk dəfə 19 il əvvəl biabırçı hesaba üzülmüşdü. 1992-ci ildə Əhməd Ələsgərovlu “Neftçi”nin ilk çempionluğu qazandığı vaxt sonda gümüş medala sahib çıxan Sumqayıt “Xəzər”inə uduzmuşdu - 3:0. Bakılılar bir də 15 ildən sonra - özü də Tofiq Bəhramov adına Respublika stadionunda “uşaq komandası” təsiri bağışladı.
Həmin vaxt “Bakı” Vlastimil Petrjelanı “Neftçi”ni çalışdırmağa peşman etdi. Bu matçdakı 1:5 hesablı darmadağın daxili yarışlarda komandanın ən böyük məğlubiyyətidir. Bu nəticə 2007-ci il oktyabrın 20-də qeyd alınıb.
Qeyd edək ki, beynəlxalq arenada “qapaz” yeməyə adət edən, avrokuboklar və “Birlik kuboku”nda darmadağınları sıralayan komanda daxili arenada daha 1 dəfə rüsvay olub. Ötən il martın 7-də Azərbaycan kubokları tarixində “Neftçi”nin ilk və son böyük hesablı məğlubiyyəti “İnter”dən alınıb – 0:3.
Bir sözlə, “Neftçi” daxili arenada 5-ci, ölkə çempionatında 4-cü dəfə darmadağınını aldı.

0
0