Daha 2 darmadağın
12.03.2012 - 10:08
17 yaşadək qızlardan ibarət milli komandalar arasında futbol üzrə Cənubi Amerika çempionatında II tura start verilib. Apasport.az saytının məlumatına görə, bu il Azərbaycanda keçiriləcək dünya çempionatına seçmə xarakteri daşıyan yarışın 3-cü günündə meydana B qrupu komandaları çıxıb.
Boliviyada keçirilən yarışda növbəti darmadağınlar qeydə alınıb. Kolumbiya Paraqvay, Venesuela isə Çili üzərində eyni - 3:0 hesablı qələbə qazanıb. Bu turda Braziliya millisi istirahət edib.
2 turdan sonra hesabında 6 xal olan Kolumbiya qrup lideri olub. Braziliya və Venesuelanın 3 xalı varsa, Paraqvay ilə Çili xal qazanmayıblar. Lakin Braziliya və Çili digər komandalardan fərqli 2 deyil, 1 oyun keçirib.

0
0