Nigeriya millisi Azərbaycana yaxınlaşdı
12.03.2012 - 11:03
Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının seçmə mərhələsinin Afrika zonası üzrə oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, həlledici mərhələnin ilk görüşlərindən sonra nigeriyalı futbolçular mundiala 1 addım da yaxınlaşıblar.
Səfərdə Zambiyanı 2:1 hesabı ilə udan nigeriyalılar 2 həftə sonra baş tutacaq cavab oyunu öncəsi böyük üstünlük əldə ediblər. Digər cütdə isə CAR və Qana qarşılaşıblar. Qolsuz bitən matçın iştirakçıları qalibi martın 24-də müəyyənləşdirəcək.

0
0