“İnter” Georgi Çixradzenin yerinə məşqçi götürəcəkmi?
12.03.2012 - 11:55
“İnter” cari mövsümdə yeni məşqçi təyinatını reallaşdırmayacaq. Klubunun baş meneceri Səbuhi Səfiyarlı apasport.az saytına bildirib ki, “Simurq”un baş məşqçisi postuna keçən gürcüstanlı Georgi Çixradzenin yerinə digər mütəxəssisin götürülməsi nəzərdə tutulmayıb.
Komandanın gürcü baş məşqçisi Kaxaber Sxadadze öz köməkçilərinə güvənir və rəhbərlik etdiyi məşqçilər korpusunda dəyişikliyə ən azı yayda baxacaq: “Çixradzenin gedişindən sonra onun yerinə yeni köməkçi götürülməyi hələlik nəzərdə tutulmayıb. Cari mövsüm indiki məşqçilər korpusu ilə başa vurulacaq. Sxadadzenin köməkçiləri Roman Cəfərov, qapıçılarla işləyən Cəmaləddin Əliyev serbiyalı Miloş Yevtiçdir. Fiziki hazırlıq üzrə məşqçi olan bu əcnəbi mütəxəssis Sxadadze ilə “İnter”ə qədər də birgə işləyib. Serbiyalı həm Gürcüstanın 21 yaşlılardan ibarət yığma komandasında, həm də Tiflis “Dinamo”sunda Sxadadzenin köməkçisi olub”.
Qeyd edək ki, 45 yaşlı Çixradze 2009-cu ilin yayında Sxadadzenin dəvəti ilə ölkəmizə gələrək, həmin vaxtdan “İnter”də əsas köməkçisi idi.
Mehman SÜLEYMANOV

0
0