“İnter” – “Xəzər Lənkəran”: 27-ci duel
12.03.2012 - 12:08
Martın 14-də Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Apasport.az saytının xəbərinə görə, “Xəzər Lənkəran” həmin gün paytaxtda “İnter”in qonağı olacaq. Bununla bağlı “12-ci oyunçu” rəqiblərin indiyədək olan qarşılaşmalarına aid statistik yazı hazırlayıb.
“Xəzər Lənkəran” və “İnter” indiyədək çempionat və kubok oyunlarında ümumilikdə 26 dəfə üz-üzə gəlib. Oyunun əsas və əlavə vaxtları nəzərə alınmaqla, 27-ci duel ərəfəsində hər komanda 7 dəfə qalib gəlib və 12 dəfə meydanı “sülh”lə tərk ediblər.
Lakin “ağ-yaşıllar” əsas vaxtda yalnız 5 qələbə qazanıblar. Digər 2 qələbə isə kubok matçlarının əlavə vaxtı və penaltilər seriyasında qeydə alınıb. Cütlüyün tarixində qapılara vurulan topların sayında “Xəzər Lənkəran” irəlidədir - 30:28.
Komandalar 6 dəfə kubokda üz-üzə gəliblər ki, cənub təmsilçisi oyunun yalnız əsas vaxtı nəzərə alınmaqla 2 dəfə qalib gəlib, 1 dəfə məğlub olub və 3 dəfə oyunların əsas vaxtında heç-heçə qeydə alınıb. Oyunun əsas və əlavə vaxtları nəzərə alınmaqla, matçın son nəticəsinə görə isə “Xəzər Lənkəran”ın “İnter”lə kubokda qələbələrinin sayı 4-ə bərabərdir: 1 dəfə “İnter” qalib gəlib və 1 dəfə də kubokun ilk oyununda heç-heçə qeydə alınıb.
“Xəzər Lənkəran” kubokda “İnter”in qapısına 11 dəfə yol tapıb, qapısından cəmi 6 top buraxıb.
Bu 2 komanda ölkə kubokunun final qarşılaşmasında iki dəfə üz-üzə gəliblər. 2007/2008 mövsümündə kubokun final oyunun əsas vaxtında qeydə alınan qolsuz bərabərlik sonrası əlavə vaxtda “Xəzər Lənkəran” 2:0 hesabıyla qalib gəlmişdi. Həmin finaladək də bu cütlük daha 4 kubok oyunlarında üz-üzə gəlib.
Belə ki, komandalar 2004/05 və 2006/07 mövsümlərində kubok yarışmasının yarımfinal mərhələsində qarşılaşıblar. 2004/05 mövsümündə Lənkərandakı matç 1:1-lik bərabərliklə bitmişdisə, paytaxtdakı oyunda “İnter” 2:1 hesabıyla qalib gələrək finala adlamışdı.
2 il sonra 2006/07 mövsümünün hər iki yarımfinal oyununda “Xəzər Lənkəran” minimal hesabla qalib gələrək, finala çıxmışdı. Ötən mövsüm kubokun finalında yenidən qarşılaşan “Xəzər Lənkəran” – “İnter” duelindən yenə də cənub təmsilçisi qalib gəldi. Əsas vaxtı qolsuz heç-heçə başa çatan qarşılaşmanın 91-ci dəqiqəsində “Xəzər Lənkəran” oyunda ilk qola imza atdı – 1:0. Bütün komanda ilə irəli atılan “İnter” 100-cü dəqiqədə vurduğu qolla hesabda tarazlığı bərpa etdi – 1:1. Əlavə vaxta da heç-heçə başa çatan qarşılaşmadan sonra qalibi müəyyən etmək üçün qapılara 11 metrlik cərimə zərbələri təyin olundu. Penaltilər seriyasında daha dəqiq olan (4:2 ümumi hesab 5:3) “Xəzər Lənkəran” 2010/2011-ci il mövsümü Azərbaycan kubokunun qalibi oldu.
2004/05 mövsümü Azərbaycan kuboku, yarımfinal mərhələsi
“Xəzər Lənkəran” – “İnter” – 1:1
“İnter” – “Xəzər Lənkəran” – 2:1
2006/07 mövsümü ,Azərbaycan kuboku, yarımfinal mərhələsi
“Xəzər Lənkəran” – “İnter” – 1:0
“İnter” – “Xəzər Lənkəran” – 0:1
2007/08 mövsümü, Azərbaycan kuboku, FİNAL
“İnter” – “Xəzər Lənkəran” – 0:2 (Əsas vaxt 0:0, əlavə vaxtda 0:2)
2010/11 mövsümü. Azərbaycan kuboku, FİNAL
“İnter” – “Xəzər Lənkəran” 1:1 (2:4 oyun sonrası penaltilərlə)
Azərbaycan çempionatları tarixində isə komanda “İnter”lə ümumilikdə 20 dəfə qarşılaşıb. Çempionat oyunlarında “Xəzər Lənkəran” 3 dəfə qalib gəlib, 11 dəfə heç-heçə edib və 6 dəfə məğlub olub. Çempionat oyunlarında “Xəzər Lənkəran” 19 dəfə rəqib qapısına yol tapa bilib və qapısından 22 top buraxıb.
“Xəzər Lənkəran” komandasının “İnter”lə son oyunu Premyer Liqanın XV turu çərçivəsində 2011-ci il dekabrın 4-də “Fırtınalar meydanı”nda baş tutub. Həmin oyunun da özünə məxsus statistikası mövcuddur. Belə ki, 2011-ci il dekabrın 4-də Lənkəranda keçirilən oyun zamanı “Xəzər Lənkəran” komandasının futbolçuları “İnter”in qapısı istiqamətində 24 zərbə vurmuşdular. Həmin zərbələrdən 14-ü düz qapı istiqamətində olmuşdu. Həmin 14 zərbədən 9-u real qol şansı sayıla bilərdi. Lakin “İnter”in qapıçısı Georgi Lomaya qapısını etibarlı qoruya bilirdi. Eyni zamanda qeyd edək ki, oyun boyu “İnter”in futbolçuları “Xəzər Lənkəran”ın qapısı istiqamətində cəmi 5 zərbə vurmuşdular ki, həmin zərbələrin heç biri real qol vəziyyəti yarada biləcək kimi qəbul oluna bilməzdi. Bununla belə Kamran Ağayevin qoruduğu qapıdan qol keçmişdi və “Xəzər Lənkəran” doğma meydanda məğlub olmuşdu. Qonaqların 1:0 hesablı minimal hesablı qələbəsi ilə başa çatan qarşılaşmadan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikə klub rəhbərliyi tərəfindən istefa verməsi təkidlə təklif edilmişdi.
2004/05 mövsüm, çempionat
“Xəzər Lənkəran” – “İnter” – 0:0
“İnter” – “Xəzər Lənkəran” – 1:0
2005/06 mövsümü, çempionat
“İnter” – “Xəzər Lənkəran” – 2:0
“Xəzər Lənkəran” – “İnter” – 1:1
2006/07 mövsümü, çempionat
“Xəzər Lənkəran” – “İnter” – 0:0
“İnter” – “Xəzər Lənkəran” – 0:0
2007/08 mövsümü, çempionat
“İnter” – “Xəzər Lənkəran” – 2:2
“Xəzər Lənkəran” – “İnter” – 3:1
2008/09 mövsümü, çempionat
“Xəzər Lənkəran” – “İnter” – 2:4
“İnter” – “Xəzər Lənkəran” – 2:2
2009/10 mövsümü, çempionat, Təsnifat mərhələsi
“Xəzər Lənkəran” – “İnter” – 1:0
“İnter” – “Xəzər Lənkəran” – 1:1
2009/10 mövsümü. , çempionat ,Final mərhələsi
“İnter” – “Xəzər Lənkəran” – 1:0
“Xəzər Lənkəran” – “İnter” – 2:2
2010/11 mövsümü, çempionat. Təsnifat mərhələsi
“Xəzər Lənkəran” – “İnter” – 0:0
“İnter” – “Xəzər Lənkəran” – 1:3
2010/11 mövsümü, çempionat .Final mərhələsi
“Xəzər Lənkəran” – “İnter” – 1:1
“İnter” – “Xəzər Lənkəran” – 1:1
2011/12 mövsümü, çempionat. Təsnifat mərhələsi
“İnter” – “Xəzər Lənkəran” – 1:0
“Xəzər Lənkəran” – “İnter” – 0:1
2011/12 mövsümü, çempionat. Final mərhələsi
“İnter” – “Xəzər Lənkəran” – ?:?

0
0