“Bakı”da futbolçu çatmır
12.03.2012 - 12:33
“Bakı”da futbolçu çatmır
Premyer Liqanın XXIII turunda “İnter”ə 0:1 hesabı ilə uduzan “Bakı” klubunda oyunçu çatışmazlığı yaranıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Aleksandr Starkovla yollarını ayıran paytaxt təmsilçisi klubun təlim-məşq bazasındakı qarşılaşmada meydana buraxmağa 16 sahə oyunçusu tapmayıb.

Bu üzdən də matçın protokoluna cəmi 17 futbolçunun adı daxil edilib ki, onların da 3-ü qapıçıdır. Komandanı meydana çıxaran məşqçi Novruz Əzimov Marko Şarliyaya qapıda yer veribsə, digər qapıçılar Aqil Məmmədovla Sissokonu ehtiyatda saxlayıb. Qarşılaşma boyu cəmi 2 futbolçu dəyişikliyi edən məşqçi lazım olacağı halda, Məmmədov və ya Sissokonu sahə oyunçusu kimi də buraxa bilərmiş. Lakin çalışdırıcı buna ehtiyac duymayıb.