Moldova yığması Bakıya gəlir
12.03.2012 - 14:18
Moldova yığması Bakıya gəlir
Ölkəmizdə keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan milli komandası 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, Sissi Raytın yetirmələri Moldova yığması ilə ilə 2 yoldaşlıq görüşü keçirəcək. Bu görüşlər martın 16-da və 18-də baş tutacaq. AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçiriləcək oyunlar müxtəlif saatlarda başlayacaq. İlk oyun saat 14:00-da, martın 18-dəki qarşılaşma isə saat 13:00-da start götürəcək.

Mənbə: affa.az