“Böyük oyun”dan Böyük Əmiliyədək, yaxud kənddə təkrarlanan rekord
12.03.2012 - 14:25
Premyer Liqanın rekordu təkrarlanıb. Apasport.az saytının məlumatına görə, cari çempionatda 2-ci dəfə bir oyunda eyni komandanın 2 futbolçusu dubl edib.
Bu, ötən turda “Qəbələ” – “Neftçi” (4:1) meydan sahiblərinin legionerləri – braziliyalı yarımmüdafiəçi Dodo ilə fransalı hücumçu Yannik Kamananın ifasında olub. Onlar Böyük Əmili kənd stadionunda keçirilən “altılığ”ın ilk turunun oyununda hərəyə 2 qol vurmaqla, böyük hesabla qələbədə əsas pay sahibi olublar. Dodo 9 dəqiqəyə (18 və 27-ci) dubl edibsə, Kamanana bunun üçün daha az vaxt – 5 dəqiqə (78 və 83-cü) lazım gəlib.
Həmin oyunun 66-cı dəqiqəsində komandasının yeganə qolunun müəllifi olan özbək hücumçu Bahodir Nasimov ilk rekordda iştirak etmişdi. Yəni bu, yenə “Neftçi”nin iştirakı ilə matçda baş versə də, fərq var.
Məsələ ondadır ki, onda çempionun futbolçuları – Nasimovla braziliyalı yarımmüdafiəçi Flavinyo hərəyə 2 qol vurmuşdu. Bu, “Neftçi” XII turda noyabrın 6-da “Xəzər Lənkəran”a İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda 5:0 hesabı ilə qalib gəldiyi matçdır. Flavinyo həmin “Böyük oyun”da 19 və 33-cü, Bahodir 68 və 80-ci dəqiqələrdə fərqlənmişdi.

0
0