Premyer Liqa: Ən uzun qələbə seriyası qırıldı
12.03.2012 - 14:31
Premyer Liqanın 2011/12 mövsümünün ən uzun qələbə seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 5 turdur qələbə qazanan “Neftçi” “altılığ”ın ilk turunda “Qəbələ”yə səfərdə 1:4 hesabı ilə uduzmaqla, uğurlu çıxışının dayandırılmağı ilə barışıb.
Ötən il dekabrın 17-də səfərdə “İnter”ə 1:2 hesabı ilə uduzduqdan sonra ardıcıl 5 qələbəni sıralayan Böyükağa Hacıyevin yetirmələri 85 gündən sonra məğlub olaraq xal itirdi. Həmin 5 qələbə zamanı “Neftçi” 10 qol vurub 1-i buraxmışdı.
“Neftçi”nin seriyası qırılan kimi mövsümün rekorduna "Qarabağ" şərik çıxdı. Belə ki, ötən tur “Xəzər Lənkəran”ı evdə 1:0 hesabı ilə məğlub edən “Qarabağ” bununla da ardıcıl 5-ci dəfə meydanı 3 xalla tərk edib. Ağdamlılar sonuncu dəfə XVIII turun ötən il dekabrın 21-də “Qəbələ” ilə səfərdə qolsuz bərabərlikdən sonra xal itirmir. Bu 5 matçda 8 qol vuran “Qarabağ” artıq 10 oyundur top buraxmır.

0
0