Ölkə kubokunun qalibi yeni arenada müəyyənləşəcək
12.03.2012 - 14:54
Ölkə kubokunun qalibi yeni arenada müəyyənləşəcək
Futbol üzrə Azərbaycan kubokunun final oyununun keçiriləcəyi yer müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2011/12 mövsümündə kubokun qalibinin adına AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”dakı matçda aydınlıq gələcək. Həlledici qarşılaşma əvvəlcədən açıqlanan tarixdə - mayın 17-də keçiriləcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunun təmirə bağlanmasından sonra Azərbaycan milli komandaları da öz ev oyunlarını açılışı ötən il olan “Dalğa Arena”da keçirir.