Münhendə şou, “İnter” mübarizəni dayandırdı
14.03.2012 - 01:41
Çempionlar Liqasının (ÇL) ¼ final mərhələsinin daha 2 iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsinin növbəti 2 cavab matçından sonra “Marsel” və “Bavariya” Avropanın ən nüfuzlu turnirinin qalibi olmaq uğrunda mübarizə aparmaq hüququ qazanıb. 2010-cu ildə Joze Mourinyo baş məşqçisi olduğu vaxtda ÇL-nin qalibi olan “İnter” bu dəfə artıq 1/8 finalda çıxışını dayandırdı. Düzdür, milanlılar evdəki cavab oyununda 2:1 hesabı ilə qalib gəlsə də, bu, ona yetərli olmayıb. Çünki fransızlar 2 oyunun nəticəsinə görə bərabər olan mübarizədə səfərdə vurulan qol sayəsində üstün olub.
“İnter”dən fərqli “Bavariya” səfərdəki 0:1 hesablı məğlubiyyətin əvəzini öz meydanında artıqlaması ilə çıxıb. Belə ki, “Bazel”i 7:0 hesabı ilə darmadağın edən komanda Münhendəki doğma stadionunda keçiriləcək final matçında oynamaq iddiasını göstərib.
13 mart
“Bavariya” (Almaniya) – “Bazel” (İsveçrə) - 7:0
Arien Robben, 11; 80; Tomas Müller, 42; Mario Qomes, 45; 50; 61: 66
İlk oyun – 0:1.
“İnter” (İtaliya) – “Marsel” (Fransa) - 2:1
Dieqo Milito, 76 (pen); Passini, 90+3 (pen) - Brandao, 90
İlk oyun – 0:1.
14 mart
23:45 “Real” (İspaniya) – MOİK (Rusiya)
İlk oyun – 1:1
23:45 “Çelsi” (İngiltərə) – “Napoli” (İtaliya)
İlk oyun – 1:3.
Qeyd edək ki, ötən həftə “Barselona” (İspaniya), “Milan” (İtaliya), “Benfika” (Portuqaliya) və APOEL (Kipr) 1/4 finala yüksəlib.

0
0