“Lənkəranlı azarkeşlərə diqqət göstərməliyik”
12.03.2012 - 18:59
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi
- Premyer Liqanın XXIII turunun dünən keçirilən “Qəbələ” – “Neftçi” matçından sonra azarkeşlər arasında xoşagəlməz hadisə yaşandı. Bu qalmaqala münasibətiniz necədir?
- Qalmaqal dedikdə, məsələ çox şişirdilir. Ümumilikdə, həmişə azarkeşlərin incidilməsinin əleyhinə olmuşam. Mənim üçün jurnalistlə azarkeşin fərqi yoxdur. Media nümayəndələri yazmaqla, azarkeşlərsə öz aralarında danışmaqla futbolu təbliğ edirlər. Onlara qarşı kobudluq etmək olmaz.
- Konkret həmin oyundan sonra yaşananlarla bağlı addım atılıbmı?
- Klublara müraciət edilib ki, belə halların qarşısını alsınlar, bir də belə hal təkrarlanmasın.
- Siz ancaq bu tövsiyə tipli müraciətlə kifayətlənmək fikrindəsiniz?
- Xeyr. Daxili İşlər Nazirliyinə də müraciət olunub. Onlar da təhlükəsizlik məsələlərinə daha çox diqqət ayıracaqlar. Düşünürəm ki, konkret bu matçda baş verənlər də araşdırılacaq. Necə ki, Tovuz stadionunda ötən il baş verən hadisə ilə bağlı araşdırma aparılmışdı.
- Artıq Premyer Liqanın final mərhələsinə start verildi. “Altılığ”ın ilk turu sizi nə dərəcədə razı saldı?
- Tur maraqlı alındı. Lakin bəzi komandalar üçün mənfi oldu. “Bakı” öz meydanında, “Neftçi” ilə “Xəzər Lənkəran” səfərdə uduzdular. İkinci “altılıq”da isə AZAL və “Sumqayıt”ın məğlubiyyəti diqqət çəkdi. Ümumilikdə, bu ilin əvvəlindən çempionat xeyli güclənib. Sürətli futbol artıb.
- Təşkilatı baxımdan, hakimliklə bağlı məsələlər necə təsir bağışladı?
- “Altılığ”ın ilk turuna əsasən, hələlik elə səhv, nöqsan olmadı. Tur qalmaqalsız keçdi. “Qəbələ” – “Neftçi” oyununda baş verənlər də azarkeşlər arasında olub. Sırf meydanda xoşagəlməz hadisə yaşanmayıb.
- Azərbaycan kubokunun final oyununun “Dalğa Arena”da keçirilməsi qərara alınıb. Alternativ variantlar var idimi?
- Şəxsən mən bu il finalın Lənkəranda keçirilməsini istəyirdim. Lakin bu qərarın verilməsində təkcə PFL-in istəyi azdır. Biz final oyununu fərqli etmək istəyirik. Bir sıra qonaq dəvət etmişik. Həmin adamlarla görüşlərimiz oldu. Adlarını açıqlamaq istəmirəm. Lakin onlar oyunun Bakıda keçiriləcəyi halda finalda iştirak edə biləcəklərini dedilər. Bunun səbəbi vaxt azlığı və Lənkəranın uzaqda olmasıdır.
- Finalın Lənkəranda keçirilməsi variantı qarşıdakı mövsümlər üçün etibarlıdır?
- Bəli, mümkündür. Orada futbola olan sevgi böyükdür. Azarkeşlər stadiona gəlirlər. Biz də lənkəranlı azarkeşlərə diqqət göstərməliyik.
- Çempion və kubokun qalibi arasında Superkubok matçının keçirilməsi variantı necə oldu?
- Biz istəyirdik ki, cari mövsüm bitən kimi bu oyunu keçirək. Lakin bildiyiniz kimi, mayın ikinci yarısında Azərbaycan milli komandasının təlim-məşq toplanışı var. Bu üzdən qarşılaşmanı yalnız yeni mövsümün startı ərəfəsində keçirmək mümkündür. Lakin həmin vaxt avrokuboklar, yığmanın toplanışı, ölkəmizdə keçiriləcək qızlar arasında dünya çempionatı var. Bu səbəbdən dəqiq deyə bilmərəm. Bəlkə də Superkuboku keçirə bildik. Lakin gələn mövsümdən bu oyun da əvvəlcədən çempionatın təqviminə daxil ediləcək.

0
0