Nizami Hacıyev: ...bununla da “İnter” “öldü” - MÜSAHİBƏ
13.03.2012 - 00:02
“İnter” klubunun yarımmüdafiəçisi Nizami Hacıyevin apasport.az saytına müsahibəsi
- Cari mövsümdə ilk dəfə “Bakı”nı məğlub etdiniz. Oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Çətin olacağını bilirdik. Çünki hər oyunda bizdən ancaq qələbə tələb edilir. Üstəlik, məğlubiyyətsiz oyunlar seriyası da məhz “Bakı” ilə əsas mərhələdəki matçda qırılmışdı. Açığı, həmin görüşdə yenilgi bizə çox pis təsir etmişdi. Matçın gedişində meydanda 10 nəfərlə qalsaq da, istədiyimiz nəticəni qazandıq.
- Martın 3-də “Bakı”ya məğlubiyyətdən sonra “İnter”in bir müddət özünə gələ bilməyəcəyini düşünənlərin sayı çox idi. Bəs futbolçular necə oldu ki, belə tezliklə toparlana bildirlər?
- Həmin görüşdə uduzmağı istəməzdik. Heç uduzulası oyun da deyildi. Bizim qol vurmaq üçün şansımız daha çox oldu. Sadəcə, istifadə edə bilmədik. Məğlubiyyəti normal qəbul edən komanda peşəkar deyil. Həmin yenilgidən dərs çıxarmağa, səhvlərimizi düzəltməyə çalışdıq. İndi hər xal qızıla bərabərdir. Çətin oyunlar seriyası başlayıb. Əsas mərhələnin asan olduğunu demək niyyətim yoxdur. Hər oyun ağırdır. Üstəlik, biz birinci yeri tutmaq istəyiriksə, ikiqat əzmlə çalışmalı, hazırlaşmalıyıq.
- Bu da faktdır ki, “Bakı” meydana tam heyətlə çıxa bilməmişdi. Üstəlik, baş məşqçi Aleksandr Starkov istefa vermişdi. Bunun “İnter” üçün fürsət olduğunu düşünmək olarmı?
- Elə şeylərə fikir vermirik. Məsələn, bizim komandada əsas heyət deyilən anlayış yoxdur. 21 futbolçu var və onların hamısı komandaya lazımdır. Müxtəlif vaxtlarda xeyir verirlər. Digər komandalarda da belə olduğunu düşünürəm. Baş məşqçi kimisə meydana buraxırsa, deməli, həmin oyunçunu tanıyır, nəyə qadir olduğuna bələddir. Biz fürsətdən istifadə etmirik. Öz oyunumuzu oynayırıq. Bizdə də zədəlilər var, amma bunu qabardan yoxdur. “Bakı”ya uduzanda, hərə bir söz dedi. Çoxları deyirdi ki, bununla da “İnter” “öldü”, “altılığ”ın ən zəif komandası olacaq və s. Ancaq bu gün hamıdan 2 baş üstün oynayırıq.
- Yeri gəlmişkən, “İnter” elə də baxımlı futbol nümayiş etdirmir. Bunun səbəbi nədir?
- Baxımlı futbol deyəndə, elə komanda var ki, yaxşı oyun nümayiş etdirir, amma nəticə qazana bilmir. “Bakı” ilə oyunda 10 nəfərlə qalmışdıq. Azlıqda qalan komandadan baxımlı oyun gözləmək düzgün deyil. Düzdür, qələbəni yaxşı oyunla qazanmaq futbolçunun borcudur. Ancaq bunu etmədən də qələbə qazanmaq olar və bu, faciə deyil. Yadınızdadırsa, “İnter” Çempionlar Liqasında “Lex”ə qarşı əla oyun göstərmişdi. Yalnız penaltilər seriyasında məğlub olduq. Ancaq heç kim yazmadı ki, “İnter” baxımlı futbol oynadı. Hamı dedi ki, “İnter” uduzdu. Bir misal da çəkim: Çempionlar Liqasının yarımfinalında “Barselona” – “İnter” matçı zamanı italiyalılar müdafiədə oturdular və 0:1 hesabı ilə uduzdu. Əvəzində finala yüksəldi. Oyundan sonra Joze Maurinyo açıqlama verdi ki, komandam ən yaxşı oyununu oynadı. Bu gün əsas olan nəticədir.
- Növbəti rəqib “Xəzər Lənkəran”dır. Ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutacaq oyunda hansı komanda qalib gələcək?
- “Xəzər Lənkəran” çətin rəqibdir. Kimin mərhələ adlayacağını oyun göstərəcək. Komanda olaraq ürəklə hazırlaşırıq. Öz oyunumuzu oynayacağıq. Meydana çıxıb baş məşqçinin tapşırıqlarını yerinə yetirəcəyik.

0
0