Lionel Messi: “Barselona”da məndən də vacib insan var
13.03.2012 - 09:28
Lionel Messi: “Barselona”da məndən də vacib insan var
Lionel Messi uzun illərdir oynadığı “Barselona”nın baş məşqçi postuna mümkün dəyişikliyə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı argentinalı hücumçu son vaxtlar əsas müzakirə obyektinə çevrilən baş məşqçi Xosep Qvardiolanın başa çatan müqaviləsinin uzadılmağını vacib sayır.

İspan çalışdırıcısının fəaliyyətini xarakterizə edən Messi yeni anlaşmanın imzalanacağına ümid edir: “Qvardiolaya əvəzləyici tapmaq çətin olacaq. Komanda onun rəhbərliyi altında 4 ildə çox yaxşı oynayır. Fikrimcə, Qvardiola “Barselona”da məndən də vacib insandır”.