Federasiya prezidenti 2 postdan istefa verdi
13.03.2012 - 09:46
Federasiya prezidenti 2 postdan istefa verdi
Braziliya Futbol Federasiyasının prezidenti Rikardu Teyşeyra istefa verib. Apasport.az saytının məlumatına görə, 64 yaşlı braziliyalı funksioner eyni zamanda rəhbərlik etdiyi DÇ-2014-nün Təşkilat Komitəsinin sədri vəzifəsindən gedib. Bunu səhhətindəki problemlərlə əlaqələndirən Teyşeyra ötən il pul yuyulmağında və digər maliyyə fırıldaqlarında ittiham olunur: “Ehtirasları nəzarət etmək elə də sadə deyil. Braziliya futbolu 2 şeylə məşhurdur: istedadları və təşkilatsızlığı. Əgər biz qalib gəlsək, onda istedadlar üstün olacaq. Əgər uduzsaq, bu, təşkilatsızlıqdır”.

Qeyd edək ki, milli komandamızın bu ilin payızında mübarizəyə başlayacağı DÇ-2014-nün final mərhələsi Braziliyada keçiriləcək.