Finlandiyaya 20 futbolçu gedəcək
13.03.2012 - 10:44
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, aprelin 4-də, Helsinkidə Finlandiya yığması ilə qarşılaşacaq yığmamıza 20 futbolçu çağırılıb. Almaniyalı baş məşqçi Bernard Lippert heyətə Rəhman Hacıyev, Novruz Məmmədov (hər ikisi “Bakı”), Əli Gökdəmir (“Hannover 96”, Almaniya), Səlahət Ağayev, Elnur Abdulov (hər ikisi “İnter”), Tural Abbaszadə (“Kəpəz”), Osman Umarov, Qara Qarayev, Tural İsgəndərov (hamısı “Qarabağ”), Urfan Abbasov (“Qəbələ”), Elvin Yunuszadə, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev (hamısı “Neftçi”), Abdulla Abasiyev, Orxan Həsənov, Emin Mustafayev, Eşqin Quliyev, Ruslan Tağızadə, Tərlan Quliyev (hamısı “Sumqayıt”) və Murad Ağayevi (Dassayev adına Akademiya, Rusiya) çağırıb.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0