Qitənin ən yaxşıları müəyyənləşdi
13.03.2012 - 11:20
Qitənin ən yaxşıları müəyyənləşdi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Amerika qitəsinin ən yaxşı klublarının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurum XXI əsrin ilk 11 ili üçün əvvəl Cənubi Amerika, sonra isə KONKAKAF zonası üzrə ən yaxşıların cədvəlini tərtib edib. Birinci siyahıda 200, ikincidə 150 klub tyer alıb.

Hesabında 2199 xal olan Argentinanın “Boka Xuniors” klubu Cənubi Amerika zonasında hamıdan güclüdür. İlk “üçlük”də qərarlaşan Braziliya təmsilçiləri “San Paulu” və “Santos”un hesabında isə müvafiq olaraq 2041 və 1805 xal var.

KONKAKAF zonasında ilk 7 pillədə Meksika klubları qərarlaşıb. “Amerika” 1372,5 xalla cədvələ başçılıq edir. Müvafiq olaraq 1198 və 1178,5 xala malik “Deportivo” ilə “Kruz Asul” liderin ən yaxın izləyiciləridir.