“Qarabağ” Bakıya qayıtmadı
13.03.2012 - 12:06
“Qarabağ” Bakıya qayıtmadı
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qəbələ”nin qonağı olacaq “Qarabağ” matçın keçiriləcəyi məkana yollanıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi artıq Qəbələdədir.

Premyer Liqanın final mərhələsinin ilk turunda “Xəzər Lənkəran”ı məğlub edən komanda Bakıya qayıtmayıb. Dünən səhər Quzanlıda məşq edən “Qarabağ” axşam ordan Qəbələyə yollanıb. Bu gün komanda oyunun keçiriləcəyi meydanda 1 saatlıq məşq keçəcək.

Qeyd edək ki, martın 14-də keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu saat 14:00-da başlayacaq.