Araz Abdullayev danışılmış oyunda forma geyindi
13.03.2012 - 13:52
Azərbaycan yığmasının futbolçusu Araz Abdullayev şərəfini qoruduğu Yunanıstanın “Panionios” klubunun heyətində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi komandasının yoxlama oyununda meydana çıxıb.
Belə ki, Superliqanın son turunun OFİ ilə oyununda lazım olmayan futbolçular hərbçilərdən təşkil olunan komanda ilə yoxlama matçında forma geyiniblər. Tərəflər arasında razılığa əsasən oyunda qolların hesabı aparılmayıb. Bu addım “hərbçilər”in biabırçı hesabla uduzmasının qeydə alınmamasına xidmət edib. Elə bu üzdən də qarşılaşmanın nəticəsi məlum olmayıb. Baş məşqçi Apostolos Mantzios bu matçda Arazı start heyətində meydana buraxıb.

0
0