Qurban Qurbanov: O da dəyişib, mən də - MÜSAHİBƏ
13.03.2012 - 16:44
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi
- Komandanız ardıcıl 5 oyundur qələbə qazanmaqla, bu göstəricidə mövsümün rekordunu müəyyənləşdirib. Belə uğurlu çıxışın sirri nədədir?
- Heç bir sirr yoxdur. Sadəcə, hər oyunda meydanı qələbə ilə tərk etməyə çalışırıq. Futbolçular da bunun üçün əlindən gələni edirlər. Başa düşürlər ki, qələbə bizim üçün digər komandalardan daha vacibdir. Çünki liderlə xal fərqi böyükdür və bu üzdən mümkün qədər xal itirməməliyik.
- Qış fasiləsindən sonra qələbələri sıralamağınızda Türkiyə toplanışının rolu nə qədərdir?
- Biz Antalyada proqrama uyğun yaxşı hazırlıq keçdik. Lakin qayıdandan sonra 1 turun təxirə salınması, ardınca millinin təlim-məşq toplanışı bu proqrama müəyyən qədər təsir etdi. Buna baxmayaraq, həmin proqram üzrə işimizə davam edirik. Əlbəttə ki, uğurda həmin toplanışın da rolu var.
- “Qarabağ” bu qələbələrdən sonra liderlə xal fərqini azaldıb. İndi çempionluq şanslarını necə dəyərləndirirsiniz?
- Çempionluqdan danışmaq hələ tezdir. Final mərhələsində cəmi 1 tur oynanılıb. İndidən rəy vermək düzgün deyil. Rəqiblərimiz də cəmi 1 dəfə uduzublar. Hərçənd, onların da çempionatın müəyyən hissəsində bizim kimi uğurlu seriyaları olub.
- Komandanız, ümumilikdə 10, çempionatda 9 oyundur qapısından qol buraxmır. Qapıçı Boyan Pavloviç və müdafiə xəttinin əməyini necə qiymətləndirirsiniz?
- Qələbə qazanmaq üçün ilk növbədə qol buraxmamaq haqda düşünürük. Bundan sonra rəqib qapısına qol vurmaq şanslarını axtarırıq. Çalışacağıq ki, bundan sonrakı qarşılaşmalarda da ehtiyatlı olub, seriyamızı daha da uzadaq.
- Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu matç haqda nə düşünürsünüz?
- Çox ağır olacaq. Azərbaycanın ən çətin komandasına qarşı oynayacağıq. Biz həmişə “Qəbələ” ilə qarşılaşmalarda çətinlik çəkmişik. Son oyunlarda da belə oldu, uda bilmədik. Fatih Kavlak baş məşqçi postuna gələndən sonra oyun sistemi, heyəti dəyişib. “Xəzər Lənkəran”ı, “Neftçi”ni məğlub ediblər. Bu qələbələr heç nədən olmayıb. Bizim üçün də çox çətin olacaq.
- “Qəbələ”nin belə güclü oynaması, çətin rəqib olması nə ilə bağlıdır?
- Rəqibimiz xüsusilə öz meydanında güclü oynayır. Dediyim qələbələri də öz meydanlarında qazanıblar. Meydan amili ilə yanaşı, heyətləri də çox güclüdür. Yaxşı, səviyyəli legionerlərə malik komandadır.
- Toni Adamsın çalışdırdığı “Qəbələ” ilə də qarşılaşmısınız, Fatih Kavlakın da. İki mütəxəssisin rəhbərliyi altında olan komandada nə fərq var?
- Bunlar 2 fərqli komanda təsiri bağışlayır. Tam başqa oyun sistemləri var. İndi “Qəbələ” daha hərəkətli olub, sıx oynayırlar. Ən əsası isə nəticəyə oynayan, nəticə verən komanda olub.
- Kavlak “Qəbələ”yə keçməzdən əvvəl “Qarabağ”da çalışıb, köməkçilərinizdən biri olub. Bir-birinizin iş sisteminə bələdsiniz. Bu amil oyuna nə dərəcədə təsir göstərəcək, kimin xeyrinə olacaq?
- Dəqiq deyə bilmərəm. Onun komandamızdan getməsindən 1 il, il yarım keçib. Bu müddətdə o da dəyişib, mən də, üstəlik, iş sistemimiz də.
- Bazar günü yenə “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu dəfə çempionatda və öz meydanınızda. Eyni komanda ilə ardıcıl 2 dəfə oynamaq komandaya necə təsir edir?
- Məncə, təsir etməz. Çünki tam fərqli turnirlərdə oynayacağıq. Kubok oyunu çempionat matçından fərqli olacaq.
- “Qəbələ” ilə ardıcıl 2 oyundan hansı daha vacibdir?
- İndi yalnız kubok matçını düşünürük. Çünki qarşıda məhz səfərdə keçirəcəyimiz kubok qarşılaşması var. Premyer Liqa oyunu isə bundan sonradır. Ümumilikdə isə bu görüşlərin hər ikisi vacibdir.

0
0