“Qarabağ”ı yaxşı tanıdığımdan, mənə bir qədər asan olacaq” - MÜSAHİBƏ
13.03.2012 - 18:30
“Qəbələ” klubunun türkiyəli baş məşqçisi Fatih Kavlakın apasport.az saytına müsahibəsi
- Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qarabağ”ı qəbul edəcəksiniz. Bu qarşılaşmaya nə dərəcədə hazırsınız?
- Görüşə tam hazırıq. Bilirik ki, çox çətin matç olacaq. Rəqibimizin son vaxtlar işləri yaxşı gedir. Çempionata artıq 5 oyundur dalbadal qələbə qazanırlar. “Qarabağ”ın gücünü bilirik və ona görə də matça ciddi hazırlaşmışıq.
- Adətən kubokda evdə oynayan komandanın qol buraxmadan qalib gəlməsi vacibdir. Bu amil cavab matçı öncəsi mərhələ keçmək şansını artırır...
- Biz kubokda qalibin 2 oyunda müəyyənləşdiyini unutmuruq. Əlbəttə, evdə yaxşı nəticə qazanmağa çalışacaq. Ancaq mütləq qol buraxmadan qalib gəlməli olduğumuzu fikirləşib, özümüzü stress altına salmırıq. Çünki cavab oyunu olacaq. Ola bilər ki, evdə qalib gəlməyəsən, uduzasan, ancaq səfərdəki nəticə ilə mərhələ keçəsən.
- Bu il keçirdiyi oyunların hamısında qalib gəlməsi, 100 faizli nəticə göstərən yeganə komanda olması “Qarabağ”ı daha şanslı edir?
- Əlbəttə, son vaxtlar uğurlu çıxışı rəqibə üstünlük verir. Ancaq biz də gücümüzə inanırıq. “Qarabağ” da belə seriyası olduğu üçün meydana arxayın çıxmayacaq. Çünki hər bir oyun çətindir və rəqibi ciddi dəyərləndirməlisən.
- Hər halda, sizin komandanın da üstünlüyü var ki, bu da qış fasiləsindən sonra evdə keçirdiyiniz hər 2 oyunda qalib gəlməyinizdir. Özü də çempionluğa oynayan “Xəzər Lənkəran” və “Neftçi”yə...
- Biz də buna görə meydana rahat çıxmayacağıq. Ola bilər ki, neçə oyun qalib gələsən, sonra uduzasan. Futbolda riyaziyyatda olduğu kimi, hesab önəmlidir. Ancaq nəticəni sonda bilirsən. Hər şey ola bilər. Uğurlu statistika da yaxşıdır. Ancaq buna arxayınlaşsan, aldana bilərsən.
- Bir məqam da var ki, “Qarabağ” “Qəbələ” ilə son vaxtlar keçirdiyi 9 oyunun yalnız 1-də qalib gəlib...
- Bunu bilirəm. Mən hələ “Qarabağ”da köməkçi məşqçi işlədiyim zaman “Qəbələ” ilə oyunlarda qalib gəlməyin çətin olduğunun görmüşəm. Ancaq buna baxmayaraq, rəqibin gücü bəllidir və qalib gəlmək asan olmayacaq.
- Yeri gəlmişkən, “Qəbələ”yədək “Qarabağ”da işlədiyinizdən, bu matçın şəxsən sizin üçün prinsipiallığı var?
- Yox. Sadəcə, keçmiş komandamla, dostlarımla, yaxşı tanıdığım insanlar və komandalarımla görüşəcəyəm. Sözsüz ki, “Qarabağ”ı daha yaxşı tanıdığımdan, mənə bir qədər asan olacaq. Hər halda, mən işlədiyim dövrlə müqayisədə rəqibin heyətində böyük dəyişiklik olmayıb.
- Köməkçi olduğunuz “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov da sizin iş metodunuza yaxşı bələddir. Sizcə, bu amil kimin xeyrinə olacaq?
- Təbii ki, Qurbanov Azərbaycanda ən yaxşı məşqçilərdən biridir. Hər ikimiz bir-birimizi yaxşı tanıyırıq. Ancaq istənilən halda, hər şey meydanda həll olunacaq. Buna görə də eyni durumdayıq.
- Komandanızda zədəli futbolçularla bağlı problem varmı?
- Şükür Allaha, bu baxımdan problem yoxdur.
- Ötən tur “Neftçi” ilə oyunda zədələnən latviyalı qapıçınız Pavel Doroşev matçı axsayaraq başa vurmalı oldu. Onun vəziyyəti necədir?
- Pavelin aldığı zədə deyil. O, matçı sona kimi başa vura bildi və sabah da ilk dəqiqələrdən meydana çıxmağa hazırdır.

0
0