Sergey Yuran “Simurq” klubundan gedişinin səbəbini açıqladı
14.03.2012 - 09:45
“Simurq”la yollarımı ayırdım. Əvvəldən bu variant məni o mənada cəlb etdi ki, komandanı faktiki olaraq sıfırdan yaradıb, avrokuboklara çıxarmaq təklif olunmuşdu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Simurq”un sabiq baş məşqçisi Sergey Yuran Rusiyanın “Sport-Ekspress” qəzetinə müsahibəsində deyib.
Ötən yay Zaqatala təmsilçisinin “sükanı arxası”na gətirilən 43 yaşlı rusiyalı çalışdırıcının Premyer Liqada təsnifat mərhələsinin sonuna 1 tur qalmış gedişi reallaşdı. Klub rəhbərliyi komandanı “altılığ”a çıxara bilməyən baş məşqçini istefaya göndərdi.
Yuranın sözlərinə görə, komandada qarşıya qoyulan vəzifənin dəyişməyi üzündən qalmaq istəməyib: “İndi məlum oldu ki, büdcə məhdudlaşıb, növbəti mövsüm üçün avrokuboklara çıxmaq vəzifəsi aktual deyil. Rəhbərlik üçün ən vacib komandanın Premyer Liqadan düşməməyidir. Ancaq bu, mənə maraqlı deyil. Qərara aldım ki, müqaviləni pozum. Artıq Moskvaya qayıtmışam. Ümid edirəm ki, işsiz qalmayacağam”.

0
0