Sergey Yuranın davamçıları - VİDEO
14.03.2012 - 10:43
“Bavariya”nın futbolçusu Mario Qomes Çempionlar Liqası tarixində pokerə imza atan 8-ci futbolçu olub. Apasport.az saytının məlumatına görə, “Bazel”lə (İsveçrə) 1/8 final mərhələsinin cavab oyununda 4 qol vuran hücumçu cari mövsüm buna nail olan 2-ci futbolçu kimi tarixə düşüb.
1992-ci ildən yeni ad və formatla keçirilən ÇL-də daha 4 poker təsnifat mərhələsində olub. Bunların müəllifi Sergey Rebrov (“Dinamo”, Ukrayna), Penya (“Portu”, Portuqaliya), Tomaş Frankovski (“Visla”, Polşa) və Semih Şəntürkldür (“Fənərbaxça”, Türkiyə).
1955-1992-ci illərdə keçirilən Çempionlar kubokunda isə 36 poker qeydə alınıb. Maraqlıdır ki, ÇL-ə qədər ən sonuncu pokerin müəllifi bu yaxınlarda Zaqatalanın “Simurq” klubunun baş məşqçi postundan istefa verən Sergey Yuranın adı ilə bağlıdır. Portuqaliya “Benfika”sında çıxış edən hücumçu 1991/92 mövsümündə Malta təmsilçisi “Hamrun Spartans”ın qapısına 4 qol vurmuşdu.
ÇL-in bütün pokerləri
1992/93. Marko van Basten (“Milan”, İtaliya) “Höteborq” (İsveç), qrup mərhələsi
1999/2000. Simone İnzaqi (“Latsio”, İtaliya) “Marsel” (Fransa), II qrup mərhələsi
2003/04. Dado Prşo (“Monako”, Fransa) “Deportivo” (İspaniya), qrup mərhələsi
2004/05. Ruud van Nistelroy (“Mançester Yunayted”, İngiltərə) “Sparta” (Çexiya), qrup mərhələsi
2005/06. Andrey Şevçenko (“Milan”, İtaliya) “Fənərbaxça” (Türkiyə) , qrup mərhələsi
2009/10. Lionel Messi (“Barselona”, İspaniya) “Arsenal” (İngiltərə), 1/4 final
2011/12. Bafetimbi Qomis (“Lion”, Fransa) “Dinamo” (Xorvatiya), qrup mərhələsi
2011/12. Mario Qomes (“Bavariya”, Almaniya) “Bazel” (İsveçrə), 1/8 final

0
0