Julius Vobayı transfer etmək istəyən klubun səviyyəsi məlum oldu
14.03.2012 - 11:42
Julius Vobayı transfer etmək istəyən klubun səviyyəsi məlum oldu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Afrika qitəsinin ən yaxşı klublarının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurum XXI əsrin ilk 11 ili üçün “Qara qitə” üzrə ən yaxşıların cədvəlini tərtib edib. Siyahıda 300 klub yer alıb.

Hesabında 1312,5 xal olan Misirin “Əl-Əhli” klubu Afrikanın ən yaxşısı olub. Ötən ay ölkə çempionatında keçirilən faciəvi matçın iştirakçısının 74 azarkeşin ölümü ilə bitən qarşılaşmadakı rəqibi “Əl-Məsri” isə 70-ci pillədədir.

“Xəzər Lənkəran”ın futbolçusu Julius Vobayı transfer etmək istəyən və həmin matç zamanı yarımmüdafiəçi də düşərgəsində olan “Əl-Məsri”nin 405 xalı var. Liderin ən yaxın izləyiciləri Tunis komandalarıdır. “Esperansa”nın 1185, “Etual de Sael”in isə 1055,5 xalı var.