Hər ikisi 4:1-lə 1/4-ə
15.03.2012 - 02:15
 Hər ikisi 4:1-lə 1/4-ə
Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti cavab görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.

Madrid "Real"ı doğma azarkeşləri özündə Moskva təmsilçisi MOİK üzərində 4:1 hesablı qələbə qazanmaqla, növbəti mərhələyə keçib.

Günün digər qarşılaşması isə Londonda baş tutub. Burada yerli "Çelsi" İtaliyanın "Napoli" klubu ilə üz-üzə gəlib.

Səfərdə rəqibinə 1:3 hesabı ilə uduzan "Çelsi" evdə bu məğlubiyyətin əvəzini çıxmağı bacarıb. Matçın əsas vaxtında da 3:1 hesabı qeydə alındığından qalib əlavə vaxtda müəyyənləşib. Burada daha bir qol vuran “Çelsi” də növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, dünən keçirilən iki oyunla növbəti 1/4 finalçılar müəyyənləşib. "Barselona" (İspaniya), "Milan" (İtaliya), "Benfika" (Portulqaliya) və APOEL (Kipr) klubları ilə yanaşı, Fransanın "Marsel" və Almaniyanın "Bavariya" komandaları da adını 1/4 finala yazdırıblar.

14 mart

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri

"Real" (Madrid, İspaniya) - MOİK (Moskva, Rusiya) - 4:1
İquain, 26; Ronaldo, 55, 90+2; Benzema, 70 - Toşiç, 77
ilk oyun - 1:1

"Çelsi" (İngiltərə) - "Napoli" (İtaliya) - 4:1 (Əlavə vaxtda)
Droqba, 29; Terri, 47; Lempard, 75 (pen); İvanoviç, 105 - İnler, 55 (2:1),
İlk oyun - 1:3