Premyer Liqa: XXIV turun oyunlarının vaxtı dəqiqləşdi
14.03.2012 - 12:20
Premyer Liqa: XXIV turun oyunlarının vaxtı dəqiqləşdi
Azərbaycan Premyer Liqasının martın 17-də və 18-də keçiriləcək XXIV turunun oyunlarının başlama saatı məlum olub. Apasport.az saytının məlumatına görə, şənbə günü Zaqatalada başlayacaq turun son 5 oyunu ertəsi gün baş tutacaq.

4 müxtəlif vaxtda başlayacaq bu matçlardan sonuncusu Lənkəranda keçiriləcək. Belə ki, tur “Xəzər Lənkəran” – “Bakı” matçı ilə bitəcək.

17 mart (şənbə)

16:00. "Simurq" - "Turan"
Zaqatala şəhər stadionu

18 mart (bazar)

14:00. "Kəpəz" - "Sumqayıt"
Gəncə şəhər stadionu

15:00. "Qarabağ" - "Qəbələ"
Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu

16:00. "İnter" - "Neftçi"
"Şəfa" stadionu

16:00. "Rəvan" - AZAL
"Dalğa Arena" stadionu

17:00. "Xəzər Lənkəran" - "Bakı"
Lənkəran şəhər mərkəzi stadionu