Maradona: Pele dərman qəbul etdikdən sonra səfeh açıqlamalar verir
14.03.2012 - 12:29
Dünya futbolunun canlı əfsanələri olan Dieqo Maradona ilə Pele arasında “soyuq müharibə” səngimək bilmir. Apasport.az saytının məlumatına görə, argentinalı və braziliyalı futbol ulduzları bir-birinin “bostanına daş atmaqla”, dünya mətbuatının diqqətini cəlb etməkdə davam edirlər.
“Futbol kralı” Pele özünü məşhur bəstəkar Bethoven və rəssam Mikelancelo ilə müqayisə edib. Buna dözməyən Maradonanın cavabı isə daha sərt olub: “Əgər Pele fikirləşir ki, futbolun Bethovenidir, onda mən Ron Vud, Kit Riçards və Bononun simalarını özümdə təcəssüm etdirirəm. Çünki futbolu ehtirasla oynayıram. Mən heç vaxt eşitməmişəm ki, Bethovenin musiqisi futbol matçında səslənsin. Ümumiyyətlə, Pele bəzən dərman həbləri qəbul edir ki, bundan sonra səfeh açıqlamalar verir”.
Qeyd edək ki, Pele 3, Maradona 1 dəfə dünya çempionu olub.

0
0