Berti Foqts yenə Qəbələyə getdi
14.03.2012 - 12:38
Azərbaycan milli komandasının məşqçiləri bu gün Azərbaycan kuboku uğrunda yarışın 1/4 final mərhələsinin ilk oyunlarını izləyəcəklər. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts ötən həftəsonu olduğu kimi, yenə Qəbələdə olacaq.
Keçən bazar “Qəbələ”nin “Neftçi”yə 4:1 hesabı ilə qalib gəldiyi çempionat matçını izləyən almaniyalı mütəxəssis bu dəfə yerli komandanın “Qarabağ”la kubok sınağına fəxri lojadan tamaşa edəcək. Onun özünə yeni götürdüyü köməkçisi Nazim Süleymanov isə Bakıda keçiriləcək “İnter” - ”Xəzər Lənkəran” matçına baxmaq üçün “Şəfa” stadionunda olacaq.

- "Trabzonspor"dan müdafiəçi transferi - İspaniyadan Türkiyəyə
- İkardi İspaniya yolunda- İki La Liqa klubu hücumçunu istəyir
- Qrinvud İstanbulda - “Fənərbaxça”nın yeni transferi azarkeşlərlə görüşəcək
- Təmsilçilərimizin avrokubok matçları bu kanallarda - TV AFİŞA
- "Arsenal" və "Fransa"ya şok: Saliba yarım il oynamayacaq
0
0