“Qızıl buts”un sahibi millimizə kömək edə bilməyəcək
14.03.2012 - 12:54
Azərbaycan futzal yığmasının aparıcı oyunçusu Biro Jade Rusiya ilə dünya çempionatının pley-off mərhələsinin oyunlarında da kənarda qalacaq. Bu barədə apasport.az saytına AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev məlumat verib.
O bildirib ki, 39 yaşlı milliləşdirilən braziliyalı komandamıza kömək edə bilməyəcək.
Xudiyev Ukraynanın “Uraqan” klubunda çıxış edən Bironun zədədən sonra bərpa prosesi keçdiyini söyləyib: “Jade ilə əlaqəmiz olur. O, Ukraynada məşqlərini davam etdirir. Ancaq hələ tam hazır deyil. Bu üzdən Rusiya yığması ilə matçlarında da onun xidmətindən istifadə edə bilməyəcəyik”.
AFFA rəsmisi pley-off mərhələsi üçün iştirak ərizəsinin verilməyinə də aydınlıq gətirib. O, hazırkı turnirdə bu məsələnin tam fərqli olduğunu deyib: “Oyuna 1 gün qalmışa kimi iştirak ərizəsini göndərmək olar. Bildiyiniz kimi, ruslarla Bakıdakı oyunumuz martın 27-də, Tümendəki matçımız aprelin 9-da keçiriləcək. İştirak ərizəsinə 14 oyunçunun adını daxil etmək olar. İlk matçda əsas qapıçımız Andrey Tveryankin cəzalı olduğundan, onu sifariş etməyəcəyik. Ancaq Andreyin səfər matçında oynamağı mümkün olduğundan, onun adını sonradan daxil edə biləcəyik. Yəni Rusiyadakı oyunadək iştirak ərizəsində dəyişiklik edib, kimlərisə çıxarıb, başqalarını sifariş etmək mümkündür. Qaydaya görə, ilk oyunda iştirak ərizəsini göndərmək üçün son vaxt martın 26-da saat 12-yə, cavab görüşü üçün aprelin 8-i saat 12-yə kimidir”.
Qeyd edək ki, Biro 2010-cu ildə yığmamızın 4-cü yeri tutduğu Avropa çempionatının bombardirlərindən biri kimi UEFA tərəfindən “Qızıl buts”a layiq görülmüşdü.
Mehman SÜLEYMANOV

- "Trabzonspor"dan müdafiəçi transferi - İspaniyadan Türkiyəyə
- İkardi İspaniya yolunda- İki La Liqa klubu hücumçunu istəyir
- Qrinvud İstanbulda - “Fənərbaxça”nın yeni transferi azarkeşlərlə görüşəcək
- Təmsilçilərimizin avrokubok matçları bu kanallarda - TV AFİŞA
- "Arsenal" və "Fransa"ya şok: Saliba yarım il oynamayacaq
0
0