Azərbaycan yığmasına qarşı 1 qapıçı ilə
14.03.2012 - 13:47
Azərbaycan yığmasına qarşı 1 qapıçı ilə
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası ilə 2 yoldaşlıq oyunu keçirəcək Moldova yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, rəqibimiz Bakıya 17 futbolçu ilə gəlir. Baş məşqçi Viktor Qrepka martın 16-da və 18-dəki görüşlərə 1 qapıçı dəvət edib.

Qapıçı: Yelena Çorai

Müdafiəçilər: Kristina Çeresku (hər ikisi “Norok Nimoreni”), Liliya Taçot (“Viktoriya”), Adriana Antonyuk (“Qloriya”), Yelena Qrati (“Qoliador-SS11”), Aneta Şapovalenko, Olqa Popova

Yarımmüdafiəçilər: Lyudmila Svistinova, Diana Botnaru, Nadejda Kolesniçenko (hamısı “Tiraspol”), Anastasiya Toma, Lidiya Qrebeniçenko, Danuta Çiku (hamısı “Qoliador-SS11”)

Hücumçular: Aeksandra Vutçariov (“Norok Nimoreni”), Viktoriya Qurdis (“Beltsı”), Viktoriya Ursaçi, Alina Arhiri (hər ikisi “Viktoriya”).